Bia.Az

SORĞU: Amerikalılar Bayden haqqında nə düşünür?

Dünya
 10-02-2024, 00:58     167

“ABŞ-ın hazırkı prezidenti Co Bayden seçicilərin 42 faizinin seçkiqabağı gözləntilərini doğrultmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu “NBC”nin keçirdiyi sorğunun nəticələri sübut edir.

Respondentlərin 14 faizi Baydenin dövlət başçısı kimi gözləniləndən daha yaxşı işlədiyini bildirib. Sorğuda iştirak edənlərin 44 faizi isə Baydenin prezidentliyinin onların gözlədiyi kimi davam etdiyini vurğulayıb.

Eyni zamanda sorğu iştirakçılarının 29 faizi Trampın ölkəni gözlədiklərindən də pis idarə etdiyini deyiblər. Respondentlərin 31 faizi hər şeyin onların fərziyyələrinə uyğun olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, araşdırma 26-30 yanvar tarixlərində aparılıb və sorğuda min nəfər səs vermək niyyətində olan insan iştirak edib.

Məlumat üçün bildirək ki, ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. Hazırki prezident Bayden 25 aprel 2023-cü ildə yenidən seçilmək niyyətini açıqlayıb. Onun sələfi Tramp isə Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunur.скачать dle 12.1