Bia.Az

Abdullahiyan: "Münaqişələrin effektiv həlli üçün BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır"

Dünya
 9-02-2024, 17:53     155

Beynəlxalq böhranları effektiv həll edə bilmədiyi üçün BMT Təhlükəsizlik Şurasında (TŞ) islahatlar aparılmalıdır.


Bizimyol.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“Bu gün dünyada, xüsusən də İsrailin işğalçı rejiminin soyqırımı törətdiyi Qəzza zolağında baş verən hadisələr açıq şəkildə göstərdi ki, Birləşmiş Millətlər Təşkilatı, əsasən də Təhlükəsizlik Şurası öz öhdəliklərini səmərəli şəkildə yerinə yetirə bilmir. Çoxtərəfliliyin inkişafına, Təhlükəsizlik Şurasının və BMT-nin strukturunda islahatların aparılmasına diqqət yetirməyi tamamilə zəruri hesab edirik”, - deyə nazir İranda İslam inqilabının qələbəsinin 45-ci ildönümünün qeyd olunması ərəfəsində videomüraciətində bildirib.

Abdollahian əlavə edib ki, “dünyanın bir çox regionlarında böhranlar, qeyri-müəyyənlik, müharibənin genişlənməsi və qeyri-sabitlik” bir sıra dövlətlərin beynəlxalq arenada problemlərin həllinə birtərəfli yanaşmasının nəticəsidir.скачать dle 12.1