Bia.Az

Mask: "ABŞ dollarını silaha çevirmək qərarı axmaq hərəkət idi"

Dünya
 9-02-2024, 17:13     156

Teslanın sahibi, iş adamı İlon Mask ABŞ-ın dolları silah və təzyiq vasitəsi kimi istifadə etmək qərarını səhv və yanlış hesablama adlandırıb.


Bizimyol.info xəbər verir ki, o bu fikri sahibi olğu "X" (keçmiş "Twitter") sosial platforma səhifəsində yazıb.

"Biz dolları silaha çevirməklə bütün həhlükəsizlik sərhədlərini aşdıq. Bu axmaq addım idi", - deyə iş adamı yazıb.

Onun bu fikirləri Rusiya prezidentin ABŞ mətbuatına söylədiyi sözlərlə ilə üst-üstə düşüb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin jurnalist Taker Karlsona müsahibəsində xarici siyasət mübarizəsində dollardan istifadənin axmaqlıq olduğunu və ABŞ-ın ən pis strateji səhvlərindən biri olduğunu bildirib. “Siyasi rəhbərlik dollardan siyasi alət kimi istifadə etmək qərarına gəldikdən sonra bu Amerika gücünə hücum etdi. Ədəbi olmayan ifadələr işlətmək istəmirəm, amma bu, axmaqlıq və böyük səhvdir”, - deyə Rusiya prezidenti bildirib.

O, həmçinin əlavə edib ki, ABŞ-ın hərəkətləri nəticəsində hətta müttəfiqləri arasında da dollarla valyuta ehtiyatları azalmağa başlayıb.скачать dle 12.1