Bia.Az

Ərdoğan: "İsrailin Qəzzaya hücumları nasist hücumları ilə müqayisə oluna bilər"

Dünya
 9-02-2024, 15:00     167

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza sektorunu bombalamasını İkinci Dünya Müharibəsi zamanı nasistlərin hücumları ilə müqayisə edib.

Bizimyol.info xəbər verir ki, o, bunu İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun iştirakçılarına müraciətində deyib.
“Bütün dünyanın gözü qarşısında İsrail və onun işğalçı qüvvələri başda uşaq və qadın olmaqla fələstinliləri qətlə yetirir. Minlərlə fələstinli qardaşımız vəhşicəsinə işgəncələrə məruz qalıb. İsrailin birbaşa mülki əhalini hədəf alan bombalı hücumları nəticəsində 67 mindən çox günahsız fələstinli yaralanıb. İbadət yerləri, məktəblər, xəstəxanalar və bütün mülki infrastruktur İsrailin nasistlərin törətdikləri qırğınlarla müqayisə oluna biləcək hücumlarının hədəfinə çevrilib”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri xatırladıb ki, ölkəsi və digər müsəlman dövlətləri İsrailin insanlığa qarşı cinayətləri və müharibə qaydalarını pozması beynəlxalq ictimaiyyətin diqqətindən yayınmaması üçün ciddi səylər göstərir: “İslam ölkələrinin Qəzzada İsrail zülmünə qarşı birgə reaksiya verməsini və birgə hərəkət etməsini təmin etmək üçün diplomat məbələrlə işləməyə davam edirik. Paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində müstəqil, suveren və ərazi baxımından müstəqil Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik”, - deyə Ərdoğan qeyd edib.
Forumda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan da öz növbəsində qeyd edib ki, dünya ictimai rəyi Qəzza zolağında törədilən qətliamla bağlı ya susdu, ya da bunu dəstəklədi və bu, beynəlxalq hüququn artıq mövcud olmadığını göstərir. O, həmçinin vurğulayıb ki, Qəzzada baş verənlər “lokal müharibə deyil” və döyüşlər dayanmasa və iki müstəqil dövlətin birgə yaşaması prinsipləri əsasında həll olunmasa, bu, bütün dünyaya təsir edəcək. Eyni zamanda, o, İsrailə təcili diplomatik təzyiqin" böyük fayda gətirəcəyini söyləyib.скачать dle 12.1