Bia.Az

Putin Karlsona müsahibəsində deyib ki, Rusiya heç kimə hücum etməyib

Dünya
 9-02-2024, 11:12     142

"Rusiya heç kimə hücum etmir, özünü, xalqını və gələcəyini müdafiə edir".


Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu jurnalistin saytında dərc olunan Taker Karlsona müsahibəsində deyib.

Karlson Rusiya prezidentindən soruşub ki, əgər bir lider başqasını öldürməli olsa, necə xristian ola bilər, bununla öz daxilində necə barışa bilər. “Özünüzü və ailənizi, vətəninizi qorumaq üçün bu, çox asandır”, - Putin qeyd edib.

“Biz heç kimə hücum etmirik, Ukraynada hadisələr necə başladı? Dövlət çevrilişindən və Donbassda hərbi əməliyyatlar başlayandan bəri - elə buradan başlayıb. Biz isə xalqımızı, özümüzü, vətənimizi, gələcəyimizi qoruyuruq”, - deyə Rusiya lideri bildirib.скачать dle 12.1