Zelenskiyə dedim, niyə belə edirsən, onun cavabı… – Putin
Ermənistanda konstitusiya islahatı ilə bağlı müzakirələr mübahisəyə çevrilib. Baş nazir Nikol Paşinyan Ermənistan dövlətçiliyinin əsasını qoyan 23 avqust 1990-cı il Konstitusiyasının sülhü təmin etmədiyini deyib. Paşinyan Ermənistanın “miatsum” ideyasının ölkənin gələcəyi üçün risklər yaratdığını vurğulayıb.
Globalinfo.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markedonov sözügedən məsələ ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, Paşinyan “Böyük Ermənistan” ideyasından tamamilə imtina edib:
“Lakin onun açıqlamaları erməni cəmiyyəti tərəfindən birmənalı qarşılanmır. Buna baxmayaraq, Ermənistan ordusunun, dövləti və cəmiyyətinin Paşinyanın qarşısını almaq üçün real imkanlar varmı? Ya da məğlubiyyət və yeni itkilər riski olmadan müsbət tendensiyaları geri qaytarmaq mümkündürmü? Yaxud “miatsum” ideyasının daxildə yenidən canlanması üçün təminatçı rolunda kim çıxış edə bilər?” – deyə Markedonov qeyd edib.