Bia.Az

Si Cinpinqlə Putin telefonla danışıb: Xarici qüvvələrə birgə müqavimət göstərməliyik

Dünya
 8-02-2024, 16:15     190

"Rusiya və Çin xarici qüvvələrin onların daxili işlərinə qarışmasına birgə müqavimət göstərməlidir".


Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Çinin dövlət başçısı Si Cinpinq deyib.

“Çin və Rusiya strateji əməkdaşlığı intensivləşdirməli, milli suverenliyi, təhlükəsizlik və inkişaf maraqlarını qorumalı, xarici qüvvələrin daxili işlərə qarışmasına qətiyyətlə qarşı çıxmalıdır. Eyni zamanda, heç bir dövlətə bizim münasibətlərimizə kölgə salmağa icazə verməməliyik”, - deyə Çin Mərkəzi Televiziyası Cinpinqin sözlərini sitat gətirir.

Liderlər strateji məsələlər üzrə fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

Telekanalın məlumatına görə, Putin və Si Cinpinq söhbət zamanı cari beynəlxalq və regional problemlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Hər iki dövlət başçıları yeni ildə də sıx təmasları davam etdirməyə və Çin-Rusiya münasibətləri və qarşılıqlı maraq doğuran strateji məsələlərə dair dərin fikir mübadiləsi aparmağa razılaşıblar.

"Çin beynəlxalq çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün Rusiya ilə işləməyə hazırdır", - deyə Si Cinpinq qeyd edib. Çin dövlət başçısının dediyi kimi, Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında münasibətlərdə yeni imkanlar açılır. Si Cinpin deyib ki, Çin və Rusiya sənaye dəyər zəncirlərinin sabitliyini qorumaq üçün birlikdə çalışmalıdırlar.

"Çin və Rusiya ikitərəfli əməkdaşlığa, eləcə də istehsal və təchizat zəncirlərinin sabitliyini qorumaq üçün birgə səylərə yeni təkan verməlidir", - deyə Çin Mərkəzi Televiziyası onun dövlət baçısının sözlərindən sitat gətirib.скачать dle 12.1