Bia.Az

"Bu il Paşinyan hakimiyyəti üçün sonuncu olacaq" - Erməni politoloq

Dünya
 8-02-2024, 15:24     157

Erməni politoloq Suren Surenyanç İrəvan hakimiyyəti ilə bağlı diqqət çəkən proqnozlar verib.

AzVision.az xəbər verir ki, o, Sputnik Armeniya-da keçirdiyi mətbuat konfransı zamanı yaxın vaxtlarda Ermənistanda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib. Ekspertin fikrincə bu il hakim siyasi qüvvə üçün sonuncu ola bilər.

Baş nazir Nikol Paşinyan yeni Konstitusiya haqqında danışmaqla sürətlə populyarlığını itirir, onun hərəkətləri və bəyanatları isə getdikcə daha az adekvat olur.

Bu kontekstdə politoloq Paşinyan hakimiyyətinin gedişinin üç mümkün ssenarisini nəzərdən keçirib. Birincisi, gərgin proseslər nəticəsində Nikol şəxsi təhlükəsizliyindən ehtiyat edərək ölkəni tərk edəcək. Digər variant o və partiyasının növbədənkənar seçkilər nəticəsində uğursuzluğa düçar olmasıdır. Ən nəhayət, üçüncü ssenari iqtidarın siyasəti yeni müharibə və fəlakətlərə gətirib çıxaracaq ki, bu da istənilən halda Paşinyanın hakimiyyətdə qalmasını şübhə altına alacaq.

“Düşünürəm ki, bu il hökumət üçün sonuncu il olacaq... Bir şeyi xatırlamalıyıq ki, Ermənistanda Konstitusiya islahatı həmişə hakim qüvvə üçün fəlakətə çevrilib. Keçmişdən misalları yada salaq- 2015-ci ildə də konstitusiya islahatı oldu. Sonda bu üçüncü prezidentin istefası ilə nəticələndi”, - politoloq qeyd edib.
скачать dle 12.1