Bia.Az

Rusiya-Ukrayna müharibəsində 10 mindən çox mülki şəxs həyatını itirib - KİV

Dünya
 7-02-2024, 15:02     186

BMT Baş katibinin siyasi və sülh quruculuğu üzrə müavini Rozmari Dikarlo Rusiya-Ukrayna müharibəsinin ilk günündən bu yana 10 min 382 nəfərin öldüyünü, 19 min 659 nəfərin isə yaralandığını bildirib.

Reyting.az xəbər verir ki, Dikarlo fevralın 3-də Ukraynanın Luqanks vilayətində Rusiyanın nəzarətində olan Lisiçansk şəhərində 28 nəfərin həyatına son qoyan hücumdan sonra Moskva administrasiyasının tələbi ilə toplaşan BMT Təhlükəsizlik Şurasında çıxış edib. Ukraynanın nəzarəti altında olan bölgələrdə son bir neçə həftədə Rusiya hücumlarının intensivləşdiyini ifadə edən Dikarlo deyib:

“Keçən həftə şiddətdə ciddi artım müşahidə olundu və başda Zaporojye bölgəsi də olmaqla 570-dən çox yaşayış məntəqəsi hədəf alındı. Hücumda mülki vətəndaşlar da həyatını itirdi, yaralandı”.

Dikarlo qeyd edib ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının 2022-ci ilin fevral ayından - müharibə başlayandan bəri Ukraynada 1285 uşaq olmaqla 19 min 659 nəfər yaralanıb.

Baş katibin müavini bildirib ki, Ukraynada 2023-cü il ərzində azalmağa meylli olan mülki itkilər dekabr ayından etibarən yenidən əhəmiyyətli dərəcədə artmağa başlayıb.

“Bir daha qeyd etməliyəm ki, mülki şəxslərə və mülki infrastruktura edilən hücumlar, harada olursa-olsun, beynəlxalq hüquqa ziddir. Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır”,- BMT rəsmisi əlavə edib.

Dikarlo, milyonlarla ukraynalının ölkələrini tərk etməsinə səbəb olan bu müharibənin “sonuna yaxınlaşdığına” dair hələ heç bir əlamətin olmadığını da qeyd edib.
скачать dle 12.1