Bia.Az

Pakistanda iki partlayış baş verib, 27 nəfər ölüb, 40 yaralanıb

Dünya
 7-02-2024, 14:29     213

Pakistanın Bəlucistan əyalətində fevralın 8-də Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası) kçiriləcək seçkilərə namizədlərin ofisləri yaxınlığında iki partlayış baş verib.


Bizimyol.info xəbər verir ki, "Geo TV"nin verdiyi məlumata görə, baş verən iki partlayış nəticəsində azı 27 nəfər ölüb, 40-dan çox adam yaralanıb, onlardan çoxunun vəziyyəti ağırdır.

Müstəqil namizəd Asfand Xan Kakarın ofisinin yaxınlığında partlayıcı qurğu işə düşüb, 15 nəfər ölüb, 30-dan çox insan yaralanıb. 12 nəfər isə ikinci terror aktının qurbanı olub.

Əvvəllər də xəbər verildiyi kimi, parlament seçkiləri ərəfəsində terror hadisələri daha tez-tez baş verir. Pakistan Xalq Partiyasının namizədi Seyid Zülfiqar Əli Şah silahlı hücuma məruz qalıb. Fevralın 5-də Pakistanın şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub. Yanvarın 31-də Hayber Paxtunxva əyalətində müstəqil namizəd Rehan Zeb Xan güllələnib. Hakimiyyət orqanlarının qərarı ilə parlament seçkilərində səsvermə zamanı təhlükəsizliyin təmin edilməsinə silahlı qüvvələr cəlb edilib.

Fevralın 8-də ölkədə Milli Məclisə və əyalət qanunvericilik institutlarına seçkilər keçiriləcək. Ən perspektivli siyasi birliklər Pakistan Müsəlman Liqası (Nəvaz fraksiyası) və Pakistan Xalq Partiyasıdır.скачать dle 12.1