Bia.Az

Savaşın gedişini dəyişmək həmləsi – Zelenskinin yerinə onu düşünürlər

Dünya
 7-02-2024, 14:05     168

Son vaxtlar Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifədən azad edilməsi məsələsi gündəmə gəlir. Bunun Ukrayna Prezidenti Volodimir Zelenskinin səhvi olaraq qiymətləndirənlər də var.

Maraqlıdır, Silahlı Qüvvələrin baş komandanının istefaya göndərilməsi cəhdinin arxasında nə dayanır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının siyasətə qarışması hərbçilərin hakimiyyət iddiası ilə çıxış etməsinə gətirib çıxardı:

“Qərbin müəyyən dairələrində Zalujnını Zelenskinin yerinə namizəd kimi göstəriblər. Zaman-zaman siyasi hakimiyyət və hərbçilər arasında konflikt yaşanır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski də qeyd edib. Görünür, Zalujnının pərdəarxası proseslərdə özünü Zelenskiyə alternativ göstərməsi və Ukrayna Silahlı Qüvvələrinin onu dəstəkləməsi hakimiyyət daxilində müəyyən fikir ayrılığı yaradıb”.



Politoloq qeyd edib ki, Zelenski bu səbəblərdən Zalujnının istefasında maraqlıdır:

“Proses çox mürəkkəbdir, lakin Zelenski hakimiyyətini güzəştə getməyəcək. Bu da Ukrayna hərbi əməliyyatlarına mənfi təsir edir. Bunun arxasında hakimiyyət uğrunda mübarizə var. Qərbdə belə hesab edilir ki, Ukrayna ordusunun hücumlarının uğursuzluğu Zelenski  hakimiyyətindən qaynaqlanır. Zalujnının monolitliyi qoruyub saxlayacağı və Ukraynanın hücumunun daha effektiv olacağını zənn edirlər. Görünür, proses Qərb tərəfindən idarə ediləcək və Vaşinqton da bundan məlumatlıdır. ABŞ çalışacaq ki, hazırkı vəziyyət Ukraynanın hücum tempinə mənfi təsir etməsin. Çünki bu, Rusiyanın maraqlarına xidmət edir”.скачать dle 12.1