Bia.Az

ABŞ Senatı bu tarixdə Ukrayna ilə bağlı qərar verəcək

Dünya
 7-02-2024, 01:01     225

ABŞ Senatı Ukraynaya yardım haqqında qanun layihəsinə səsvermənin fevralın 7-də keçiriləcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bunu Konqresin yuxarı palatasındakı demokrat çoxluğun lideri Çak Şumer keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ Senatında Ukraynaya və İsrailə yardıma, eləcə də ölkənin cənub sərhədində nəzarətin gücləndirilməsinə dair paket qanun layihəsinə səsvermə fevralın 7-də keçiriləcək:

“Sabah qarşımızda olan qanun layihəsi ilə bağlı səs vermək niyyətindəyik. Biz yalnız irəliyə doğru addımlayırıq”.

Qeyd edək ki, respublikaçı senatorlar sözügedən qanun layihələrinin təsdiqlənməsinin əleyhinə çıxış edirlər.скачать dle 12.1