Bia.Az

İstanbulda silahlı hücuma görə 40 nəfər saxlanıldı – YENİLƏNİB

Dünya
 6-02-2024, 22:05     191

İstanbul şəhərində məhkəmə binası yaxınlığında baş verən atışma ilə bağlı 40 nəfər saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib.

Nazir qeyd edib ki, silahlı insidentlə bağlı 25 ünvanda əməliyyat keçirilib və ümumilikdə 40 nəfər saxlanılıb, əməliyyatlar davam edir.

***

Türkiyənin İstanbulda məhkəmə binasında törədilən silahlı hücumla bağlı 34 şübhəli saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.

Qeyd edək ki, Çağlayan məhkəmə binasında baş verən silahlı hücumda 3 nəfər ölüb.скачать dle 12.1