Bia.Az

NATO-nun Dəstək və Satınalma Agentliyi əlavə AT4 qumbaraatanları alır

Dünya
 6-02-2024, 18:26     163

İsveçin “Saab” şirkəti NATO-nun Dəstək və Satınalma Agentliyindən (NSPA) AT4 qumbaraatan sifarişi alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 63 milyon avro təşkil edir.

Qeyd edilib ki, sifariş üzrə çatdırılmalar 2026-2027-ci illərdə baş tutacaq.

“Saab”ın istehsal etdiyi AT4 tank əleyhinə qumbaraatanı yüksək atəş gücü, zireh dəlmə bacarığı, istifadə rahatlığı və 200-1000 metr effektiv mənzilə sahib olması ilə ön plana çıxır. Qumbaraatanın AT4 ISI, ATCS HP, AT4CS RS, AT4CS ER, AT4CS AST və AT4CS HE modelləri mövcuddur.
Hazırda AT4 qumbaraatanları bir çox ordu tərəfindən, eləcə də Ukrayna-Rusiya müharibəsində Ukrayna Silahlı Qüvvələri tərəfindən (ABŞ Müdafiə Nazirliyi hərbi yardım çərçivəsində tədarük edib) Rusiya Quru Qoşunlarının tanklarını, zirehli transportyorlarını və nəqliyyat vasitələrini məhv etmək üçün istifadə olunur.

Şirkət indiyə kimi 1 milyon ədəddən çox AT4 qumbaraatanı istehsal edib və sifarişçilərə çatdırıbскачать dle 12.1