Bia.Az

Fidanın “odla oynayırlar” dediyi savaş – Azərbaycanlılar təhlükədə

Dünya
 6-02-2024, 01:22     190

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-İran gərginliyinə münasibət bildirərkən “hər iki ölkənin odla oynadığını” qeyd edib. Nazirin açıqlaması regionun yeni təhlükə ilə üz-üzə olması barədə fikirlərin səsləndirilməsinə səbəb olub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, ABŞ və İran arasındakı gərginlik artıq müharibə fazasına keçib:

“ABŞ İordaniyada hərbçilərinin öldürülməsi və yaralanması əməliyyatının iranyönlü qruplar tərəfindən həyata keçirildiyini və cavab zərbələri endirəcəyini elan edib. İran ərazisində birbaşa müharibə getməsə də, Yaxın Şərqdə İran-ABŞ qüvvələrinin toqquşmaları davam edir. Bu hadisələrin Azərbaycana təsiri bir neçə mövqedən dəyərləndirilməlidir: Azərbaycan türklərinin həyatına təsiri, Güney azərbaycanlılarının hüquqlarının pozulması, iqtisadi və sosial vəziyyətləri və s. Bütün bunlar sosial partlayışa səbəb ola bilər”.


Sədrəddin Soltan

Politoloqun sözlərinə görə, regiondakı hadisələr fonunda ABŞ və İran arasında birbaşa müharibə gözlənilmir:

“Vaşinqton Tehranda hər hansı nöqtəvi əməliyyatlar həyata keçirə bilər. Birləşmiş Ştatların əsas hədəfi İraq, Suriya, Yəmən və Livandakı iranyönlü qüvvələrin neytrallaşdırılması, zərərsizləşdirilməsidir. Bu, İran rejiminə ən böyük zərbə olacaq.

Ümumiyyətlə, müharibənin daxildə başlaması Tehranın əlini gücləndirə, regionda böyük fəsadlara səbəb ola bilər. Digər tərəfdən, ABŞ-ın İranda hərbi əməliyyatlara başlaması üçün hələ ki ciddi əsasları yoxdur”.скачать dle 12.1