Bia.Az

İsrailin müdafiə naziri: “HƏMAS-ın iki seçimi qalıb”

Dünya
 6-02-2024, 01:11     191

“HƏMAS-ın Rafah şəhərindəki birləşmələrini də məhv edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

O bildirib ki, İsrail ordusu Misirlə sərhəddə yerləşən Rafah şəhərində HƏMAS hərəkatının silahlı birləşmələrini məhv etmək niyyətindədir:

“Biz hələ döyüşmədiyimiz yerlərə də çatacağıq. Qəzza zolağının mərkəzində və cənubda, xüsusən də HƏMAS-ın son qalası sayılan Rafahda savaşacağıq”.

Yəhudi nazir qeyd edib ki, HƏMAS-ın bir seçimi var:

“Onlar ya təslim olmalı, ya da ölümü seçməlidir. Çünki başqa variantları yoxdur. Rafahdə gizlənən terrorçular bilməlidir ki, onları Xan Yunis və Qəzzadakıların aqibəti gözləyir”.скачать dle 12.1