Bia.Az

Gürcüstanın müdafiə nazirliyinə namizəd: Əsas vəzifə münaqişənin qarşısını almaqdır"

Dünya
 5-02-2024, 17:00     228

Gürcüstanın əsas vəzifəsi ölkədə münaqişənin genişlənməsinin qarşısını almaqdır.


Bizimyol.info xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri vəzifəsinə namizəd İrakli Çikovani deyib.

“Qara dəniz formatında həm tərəfdaş dövlətlərimizlə, həm də NATO formatında çox mühüm əməkdaşlığımız var və bu formatda işimizi davam etdiririk. Təbii ki, vəziyyət son dərəcə ağır və gərgindir. Bizim əsas vəzifəmiz təbii ki, heç bir şəraitdə ərazimizdə münaqişənin genişlənməsinin və silahlı qarşıdurmanın ərazimizə keçməsinin baş verməməsini təmin etməkdir”, - deyə Çikovani parlamentin bir neçə komitəsinin birgə iclasında deputatlar qarşısında çıxış edərkən deyib.

Gürcüstan parlamentində nazirliyə namizədlər üçün dinləmələr keçirilir. Onlar əvvəlcə Hüquq Məsələləri, Müdafiə və Təhlükəsizlik, İnsan Hüquqları və Mülki İnteqrasiya, Prosessual Məsələlər və Qaydalar komitələrinin birgə iclasında iştirak edirlər. Daha sonra dinləmələr digər komitələrdə də davam etdiriləcək, bundan sonra namizədlər fraksiya və siyasi qruplar tərəfindən dinləniləcək. Fevralın 8-də plenar iclasda hökumətin yenilənmiş tərkibinə etimad göstərilməsi məsələsi qaldırılacaq. Yeni Nazirlər Kabinetinin təsdiqi üçün 150 deputatdan azı 76-nın dəstəyi lazımdır.

Yanvarın 29-da Gürcüstanın baş naziri İrakli Qaribaşvili postunu tərk etdiyini bəyan edib. O, həmçinin 2021-ci ildən İrakli Kobaxidzenin rəhbərlik etdiyi hakim partiyanın sədri vəzifəsini tutmaq təklifi aldığını bildirib. Fevralın 1-də hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının qurultayı Qaribaşvilini siyasi birliyin rəhbəri, Kobaxidzeni isə baş nazirliyə namizəd seçib. Kobaxidzenin daha sonra jurnalistlərə verdiyi məlumata görə, hökumətin yeni tərkibində yalnız bir dəyişiklik olacaq - parlament sədrinin müavini İrakli Çikovani müdafiə naziri vəzifəsində Xuanşer Burçuladzeni əvəz edəcək.скачать dle 12.1