Bia.Az

ABŞ İsraili niyə sülhə məcbur edir? – Gerçək səbəb

Dünya
 5-02-2024, 16:41     176

“Təl-Əvivin hazırkı siyasəti Vaşinqtonun qlobal və regional maraqlarına zərbə vurduğu üçün ABŞ onu atəşkəs və sülh prosesinə cəlb etmək istəyir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Rövşənoğlu deyib.

Onun sözlərinə görə, İsrailin radikal sağçı siyasətçilərinin işğal və zorla köçürülməyə əsaslanan fəaliyyətləri Yaxın Şərqdə ABŞ-ı çətin vəziyyətdə qoyur:

“Çünki hər kəs anlayır ki, İsrailin əsas hamisi ABŞ-dır. Vaşinqtonun sərhədsiz dəstəyi olmasa, İsrail bu qədər rahat və güclü ola bilməz. Lakin Ağ Ev həm də digər müttəfiqləri, xüsusən də regionun ərəb ölkələri qarşısında öhdəliklərə malikdir.

Eləcə də dünyanın digər dövlətləri ABŞ-dan İsrailə dəstəyi dayandırması və sülh prosesini işə salmağı tələb edir. Çünki İsrailin bu siyasəti getdikcə onu daha çox təcrid edir. Sonu görünməyən münaqişənin həll olunması, beynəlxalq təzyiqləri neytrallaşdırmaq üçün Vaşinqton İsraili sülh danışıqlarına vadar etməyə çalışır, ancaq bunu açıq və bütün mexanizmlərlə etmək olmur.

Kənan Rövşənoğlu

Çünki ABŞ-da çox qüdrətli yəhudi lobbisi var və onlar hər iki partiyaya ciddi şəkildə təsir edə bilir. Xüsusən də seçki ilində Bayden administrasiyasının İsrailə açıq təzyiqi əks effekt verə bilər. Bu səbəbdən ehtiyatlı hərəkət edirlər. ABŞ-da prezident seçilmək istəyən heç bir qüvvə açıq şəkildə yəhudi lobbisinə qarşı çıxa bilməz”.скачать dle 12.1