Bia.Az

Gürcüstanda nələr ucuzlaşıb?

Dünya
 5-02-2024, 13:53     177

Gürcüstanın Milli Statistika Xidməti bildirir ki, yanvarda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən dəyişməz qalıb. Hesabata görə, mebel və məişət əşyaları 4,3 faiz, səhiyyə xidmətləri 3,3 faiz, spirtsiz içkilər və ərzaq, eləcə də istirahət, əyləncə və mədəniyyət xidmətləri 2,4 faiz, rabitə xidmətləri 2,2 faiz, kommunal xidmətlər 1,8 faiz, geyim və ayaqqabılar 0,5 faiz ucuzlaşıb.

Mehmanxana və ictimai iaşə xidmətlərində qiymət artımı 5,9 faiz, nəqliyyat xidmətlərində 4,3 faiz, spirtli içkilər və tütün məmulatlarında, eləcə də təhsil sahəsində 3,5 faiz göstərilir.скачать dle 12.1