Bia.Az

Böyük beşlikdə

Dünya
 5-02-2024, 13:51     130

Novator.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər salıb.

İngiltərə çempionatında “Liverpul” 51 xalla öndədir. “Arsenal” 49, “Mançester Siti” və “Aston Villa” 46, “Tottenhem” 44 xal toplayıb.

İspaniya çempionatına 58 xalla “Real” başçılıq edir. “Jirona” 56, “Barselona” 50, “Atletiko” 48, “Atletik” 45 xal götürüb.

İtaliya çempionatında “İnter” 57 xalla liderdir. “Yuventus” 53, “Milan” 49, “Atalanta” 39 xal yığıb.

Almaniya çempionatında “Bayer” zirvədədir: 52 xal. Lideri 50 xalla “Bavariya”, 40 xalla “Ştutqart”, 37 xalla “Borussiya” (Dortmund), 36 xalla “Leypsiq” izləyir.

Fransa çempionatında PSJ 47, “Nitsa” 39, “Brest” 36, “Lill” və “Monako” 35 xal qazanıb.скачать dle 12.1