Bia.Az

Misir millisinin baş məşqçisi istefaya göndəridi

Dünya
 5-02-2024, 01:16     148

Misir Futbol Assosiasiyası ölkənin millisinin baş məşqçisi Ruy Vitoriya ilə yolları ayırıb.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, bu qərar Afrika Millətlər Kubokunun yekunlarına əsasən qəbul edilib.

53 yaşlı portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi Misir millisi sözügedən turnirdə 1/4 finala yüksələ bilməyib. Komanda 1/8 finalda Konqo DR-ə uduzub (1:1, penaltilərdə 7:8).

Vitoriya 2022-ci ilin yayından Misir millisinə rəhbərlik edir. Onun müqaviləsi dörd illik idi. скачать dle 12.1