Bia.Az

Ajapaxyan: “Müharibə vaxtı Sərkisyan və Köçəryana dedim ki, Nikolu devirək”

Dünya
 5-02-2024, 01:12     162

“Hakimiyyəti dəyişməyin 3 yolu var: seçki, dövlət çevrilişi və xalq üsyanı. Amma bu üçü də hazırda mümkün deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyan deyib.

O, müharibə vaxtı ölkənin keçmiş prezidentlərinə hərbi çevriliş etməyi məsləhət gördüyünü bildirib:

“Məni dinləsəydilər, çoxdan inqilab etmişdi. Hələ müharibə vaxtı keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanla bu barədə danışmışdım. Köçəryana dedim ki,  siz 10 il prezident olmusuz. Ondan əvvəl Qarabağa rəhbərlik etmisiz, Ermənistanın baş naziri vəzifəsində çalışmısız. Sənin ideoloqun, dəstək verən generalın var. Sərkisyana da dedim ki, sən də 10 il prezident olmusan. Ondan əvvəl neçə vəzifəni icra etmisən. Paşinyan deyir ki, bizim brendimiz demokratiyadır. Əraziləri verdikdən sonra hansı demokratiya? Hərəkətə keçmək lazımdır. Məni dinləmədilər. Erməni milləti xəstədir, onu sağaltmaq lazımdır”.скачать dle 12.1