Bia.Az

Fidandan ABŞ və İran xəbərdarlığı: Odla oynamaq yanğına cevrilə bilər

Dünya
 5-02-2024, 01:05     146

Türkiyə xarici işlər naziri Hakan Fidan canlı yayımda sualları cavablandırıb.

Sherg.az xəbər verir ki, nazir Fidan F-16 və F-35-lə bağlı son vəziyyəti dəyərləndirib. Digər tərəfdən, ABŞ-İran gərginliyi  ilə bağlı açıqlama verən nazir Fidan, "Onlar odla oynayırlar. Atəşlə  oynamaq yanğına çevrilə bilər. Regional yayılmanın qarşısını almaq lazımdır. Vəziyyət yaxşı deyil. Daha çox yayılma ilə üzləşə bilərik" deyə bildirib.Nazir Fidan eyni zamanda  gündəmlə bağlı sualları cavablandırıb. Nazirin açıqlamasında  diqqət çəkən məqamlar belədir: Türkiyə İsveç və Finlandiyanın NATO-ya qəbul prosesinə mərhələli şəkildə yanaşır. Terrorla bağlı narahatlıqlar ilk olaraq Madriddə dilə gətirilib. PKK-YPG FETÖ-yə dəstək verməyəcəyimizə dair öhdəlik götürdük. Terrorla mübarizə ilə yanaşı, sanksiyaların ləğvi də müzakirə edilib. Biz də diplomatiya yolu ilə terrorla mübarizəni irəli apardıq.
скачать dle 12.1