Bia.Az

“Paşinyan tezliklə Türkiyənin bizi qoruduğunu açıqlayacaq” – Şarmazanov

Dünya
 5-02-2024, 00:55     149

Nikol Paşinyan tezliklə bəyan edəcək ki, Türkiyə Ermənistanı xarici təhdidlərdən müdafiə edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş sədr müavini, “Respublika” partiyasının vitse-prezidenti Eduard Şarmazanov deyib.

O, Ermənistan cəmiyyətində vəziyyətin və hadisələrə münasibətin dəyişdiyini bildirib:

“Təsəvvür edirsinizmi, əgər Rusiya Federasiyasından hər hansı bir məmur Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsini təklif etsəydi, hakimiyət nümayəndələri, xalq necə hiddətlənərdi? İndi isə İlham Əliyev bu tələbi irəli sürüb. Bizdə isə hər kəs susub və buna uyğun davranır. Baş nazir Nikol Paşinyan deyir ki, proseslərə Türkiyə və Azərbaycanın maraqları çərçivəsindən də baxmaq lazımdır. Bizimkilər yenə susur. Hər hansı iranlı məmur da bu fikri səsləndirsə, reaksiya çox sərt olardı. Bütün hakimiyyət Bakı və ANkaranın maraqlarını müdafiə edir. İş o yerə çatacaq ki, Nikol Türkiyənin bizi xarici təhlükələrdən qoruyacağını bəyan edəcək. İnsanlar da buna sevinib alqışlayacaqlar”.скачать dle 12.1