Bia.Az

Britaniyada xəbərdarlıq edildi: “Ordu müharibəyə hazır deyil”

Dünya
 4-02-2024, 21:32     155

Böyük Britaniya parlamentinin İcmalar Palatasının nümayəndələri ordunun qlobal qeyri-sabitliyin gücləndiyi bir zamanda hərtərəfli müharibəyə hazır olmadığına dair xəbərdarlıq ediblər. 

Globalinfo.az xəbər verir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb.

Palatanın müdafiə komitəsinin hesabatında bildirilir ki, hökumət hərbi ehtiyat anbarlarındakı çatışmazlıq və silahlı qüvvələrə çağırış prosesindəki problemlərə diqqət yetirməyəcəyi halda, ordu müharibəyə hazırlıqsız qalacaq.

Hesabatda orduda vəziyyətin çox gərgin olduğu, bu səbəblə insanların sıraları tərk etdiyi, kadr çatışmazlığının yaşandığı qeyd olunub.скачать dle 12.1