Bia.Az

Baş nazir Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasının vacibliyini qeyd edib

Dünya
 3-02-2024, 21:23     192

"Fələstinlilər yeni danışıqlara qayıtmaq deyil, Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasını istəyirlər".


Bizimyol.info xəbər verir ki, bunu Fələstinin baş naziri Məhəmməd Ştayye "Sky News Arabia" telekanalına bildirib.

“Biz daha çox siyasi yola qayıtmaq və yeni danışıqlara deyil, Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasını istəyirik”, - deyə vurğulayıb.
“ABŞ bizi terrorçu adlandırdıqları bir vəziyyətdə Fələstin Azadlıq Təşkilatı (FAT) ilə iki dövlətli həll haqqında danışa bilməz”, - deyə Ştayye qeyd edib.

Yanvarın 31-də Nümayəndələr Palatası FAT-ın bütün üzvlərinin ABŞ-a girişini qadağan edən qanun layihəsini qəbul edib. Bu təşəbbüs təşkilatın rəsmi şəxslərinin ölkəyə girişinə əvvəllər qoyulmuş qadağanı genişləndirir və Fələstin Azadlıq Təşkilatının bütün üzvlərinin ölkəyə girişinə qadağa qoyulmasını nəzərdə tutur. Qanun layihəsi həmçinin Fələstinin radikal HƏMAS və İslami Cihad hərəkatları ilə əlaqəli şəxslərin, həmçinin 2023-cü il oktyabrın 7-də İsrailə hücumun iştirakçılarının ABŞ-a girişini qadağan edir.

Fələstin hakimiyyəti amerikalı konqresmenlərin bu qərarını pisləyib. Bundan əlavə, "Sky News Arabia" ilə söhbətində Ştayye etiraf edib ki, Ramallahdan olan Fələstin hakimiyyəti Həmas ilə birbaşa deyil, Misir və Qətər vasitəsilə əlaqə saxlayır.скачать dle 12.1