Bia.Az

Evdən nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş raket çıxdı

Dünya
 3-02-2024, 21:21     194

ABŞ polisi məlumat aldığı evdən nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş hərbi təyinatlı raket tapıb.


BİA.az Bizimyol.info-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Milli Muzeyi fevralın 1-də polisə məlumat verib ki, onlara zəng edən şəxs mərhum qonşusunun evində raket tapıb və onu muzeyə bağışlamaq istəyib. Hadisə yerinə gələn bomba zərərsizləşdirilməsi qrupu və apardıqları araşdırmalar nəticəsində boş vəziyyətdə olan raketin nüvə başlığı və yanacağı olmadığını müəyyən ediblər.

Polisin bəyanatında bildirilir ki, “1,5 kt W25” nüvə başlığını daşımaq üçün nəzərdə tutulmuş idarə olunmayan hava-hava raketi olan “Douglas AIR-2 Genie” (keçmiş “MB-1”) tipli raketdir. Qeyd olunub ki, raket mərhum tərəfindən mal satışından alınıb. Polis zərərsiz olduğu üçün raketi muzeyə bağışlamaq üçün qonşusuna buraxaraq hadisə yerini tərk edib. Hadisəni sosial şəbəkədə yumoristik şəkildə elan edən polis Elton Conun “Rocket Man” mahnısının xorundan sitat gətirdiyi sözlərlə mesaj paylaşıb: "Və düşünürük ki, bir daha belə bir zəng almadan çox uzun müddət keçəcək", - deyib:скачать dle 12.1