Bia.Az

“Tulpar” PDM-i 120 mm-lik “Hitfact Mk2” qülləsi ilə silahlandırılıb

Dünya
 3-02-2024, 21:18     163

İtalyanın “Leonardo” şirkəti tərəfindən istehsal edilən 120 mm-lik “Hitfact Mk2” qülləsi “Otokar”ın “Tulpar” piyada döyüş maşınına (PDM) inteqrasiya edilib.

“Poliqon” “SavunmaSanayist.com” saytına istinadən xəbər verir ki, bununla da, “Tulpar”, “Yüngül Tank”a çevrilib.

Saytın bildirdiyinə görə, inteqrasiyanın hansı ölkənin tələbi ilə həyata keçirildiyi məlum deyil.

“Hitfact Mk2” qülləli “Tulpar” avtomatik doldurucu sayəsində 3 ekipaj tərəfindən asanlıqla istifadə edilə bilər. Qüllədə əsas silah olaraq 120/45 mm diametrli tank topundan istifadə edilir. Əlavə olaraq 1 ədəd 7.62 mm-lik koaksial pulemyot ilə birlikdə 7.62 mm-lik və ya 12.7 mm-lik uzaqdan idarə olunan silah sistemi də quraşdırıla bilər. NATO-nun STANAG 4385 və STANAG 4458 standartlarına uyğun qüllədə əl və avtomatik dolduruculara üstünlük verilə bilər.

Sözügedən 120 mm-lik qüllə ilk olaraq İtaliya Ordusu tərəfindən istifadə edilən “C1 Ariete” əsas döyüş tankına inteqrasiya edilib.
Rəsmi mənbələrə görə, “Otokar” şirkəti indiyə qədər heç bir ölkəyə “Tulpar” satmayıb. Bununla belə, bəzi Asiya və Avropa ölkələrinin “Tulpar”ın müxtəlif konfiqurasiyaları ilə maraqlandığı iddia edilir.

“Tulpar” ailəsinin “Tulpar” orta ağırlıqlı tankı və “Tulpar” PDM-i hərəkət qabiliyyəti, yüksək atəş gücü və dözümlülük xüsusiyyətləri ilə seçilir. “Tulpar” zirehli vasitələri gələcək qlobal tələblərə tam cavab vermək üçün 28000 kq-dan 45000 kq-a qədər dəyişən variantları olan çoxməqsədli texnika kimi dizayn edilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, modulluğun gələcəyə yönəlmiş perspektivi sayəsində geniş çeşidli zirehli texnika variantlarında ümumi şassi və komponentlərdən istifadə edilməklə əməliyyat çevikliyi artırılacaq.

Dünyanın müxtəlif yerlərində müxtəlif istifadəçilər tərəfindən ən çətin iqlimlərdə və ərazilərdə sınaqdan keçirilmiş “Tulpar”, təhlükələrə uyğun olaraq konfiqurasiya edilə və miqyaslana bilən zireh quruluşu ilə öz sinfində ən yaxşı ballistik və mina mühafizəsinə malikdir. “Tulpar”, yüksək atəş gücü tələb edən missiyalarda effektiv həll təmin etməklə yanaşı, müxtəlif yaşayış məntəqələri və yüngül körpülərdən tutmuş meşəlik ərazilərə, xüsusən də əsas döyüş tanklarının işləyə bilmədiyi yumşaq səthlərə qədər hər cür döyüş mühitində xidmət göstərə bilir.

Hitfact Mk2 e1706954773873
Hitfact Mk2
скачать dle 12.1