Bia.Az

Tanınmaz hala düşən məşhur müğənnidən xəbər var

Dünya
 3-02-2024, 20:03     162

Bir vaxtların məşhur müğənnisi Andrey Qubin səhnəyə qayıtmağı planlaşdırır.

BİA.az Axşam.az-a istinadən xəbər verir ki, uzun illər xəstəlikdən əziyyət çəkən A.Qubinin vəziyyəti yaxşılaşıb. İllər əvvəl sol tərəfli prosopalgiya diaqnozu qoyulan 49 yaşlı sənətçi artıq üzündə problem olmadığını söyləyib.

Qubin üzündə hələ ağrılar hiss etsə də yenidən oxuya biləcəyini inanır. O, bir il ərzində vokal qabiliyyətini bərpa etməyi planlaşdırır. Lakin yenidən səhnəyə çıxa bilməsə, yazdığı mahnıları başqa ifaçılara satacaq.

Qeyd edək ki, Qubin "Лиза", "Ночь" və "Девочки как звезды" kimi mahnıları ilə məşhurlaşıb.скачать dle 12.1