Bia.Az

Yunanıstanın Əmək Nazirliyinin binası qarşısında bomba partlayıb

Dünya
 3-02-2024, 18:32     199

Yunanıstanın paytaxtı Afinada Əmək və Sosial Təminat Nazirliyinin binası qarşısında partlayan bomba bölgədə dağıntılara səbəb olub.


BİA.az Bizimyol.info-a istinadən xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası "ERT"nin verdiyi məlumata görə, yerli vaxtla saat 00.50 radələrində naməlum şəxs qəzetə zəng edərək paytaxtın mərkəzindəki Stadiu küçəsində Əmək Nazirliyinin qarşısında bombanın partlayacağını bildirib.

Qəzet bu barədə polisə məlumat verib. Polis bomba təhlükəsi üzərinə hərəkətə keçib. Ərazi boşaldılıb və ətraf mühasirəyə alınıb.

Torbaya qoyulan bomba saat 01.29-da partlayıb və nazirliyin binasına ziyan dəyib. Partlayışa görə məsuliyyəti “İnqilabçı Sinfi Özünümüdafiə” adlı təşkilatın üzərinə götürdüyü bildirilib.

Hadisə ilə bağlı araşdırma başlansa da, ölən və yaralanan olmayıbскачать dle 12.1