Bia.Az

Britaniya: "Dünya Ukrayna ilə münaqişədə Rusiyanın qələbəsinə tab gətirə bilməz"

Dünya
 3-02-2024, 18:17     194

"Bu münaqişə ilə əlaqədar Kiyevə yardımlar artırmalıdır, çünki Dünya Ukraynaya qarşı müharibədə Rusiyanın qalib gəlməsinə imkan verə bilməz".


BİA.az Bizimyol.info-a istinadən xəbər verir ki, bu fikri cümə günü "X" sosial platformasındakı səhifəsində də Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps bildirib.

“ Bu münaqişə ilə əlaqədar Kiyevə yardımlar artırmalı və sona qədər davam etdirilməlidir. Dünya Rusiya Prezidenti Vladimir Putinin hər yerdən izləyən tiranların qarşısında qalib gəlməsinə imkan verə bilməz. Əkər bu baş verərsə, demokradik cəmiyyətin bunun üçün ödənilməli olacağı itkilər ağlasığmazdır. İndi hər bir demokratik ölkə öz səylərini artırmalı və Ukraynaya öz azadlığının sərhədlərini qorumaq üçün lazım olanı verməlidir”, - deyə Şapps yazıb.

Nazir həmçinin fevralın 1-də Avropa İttifaqının sammitində Ukraynaya maliyyə dəstəyi üçün icma büdcəsindən dörd il ərzində 50 milyard avro ayrılması qərarını alqışlayıb. Yanvarın ortalarında Böyük Britaniya hökuməti Ukraynaya hərbi yardımı 2024-cü ildə 2,5 milyard funt-sterlinqə qədər artıracağını açıqlamışdı. 2022-2023-cü illərdə krallıq Ukraynaya hər il 2,3 milyard funt sterlinq (2,9 milyard dollar) dəyərində hərbi yardım edib.скачать dle 12.1