Bia.Az

Paris İrəvanı müharibəyə hazırlayır? – Fransalı general Ermənistanda

Dünya
 3-02-2024, 16:18     120

Çexovun dramaturgiya prinsipi böyük siyasətdə də özünü göstərir və biz görürük ki, Fransa Emmanuel Makronun prezidentliyi dövründə artıq ilk hərəkəti edib: o, səhnəyə silah asıb və sanki açıq şəkildə atəş açacağını gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Caliber yazıb.

“Bunun daha bir təsdiqi Fransa Milli Jandarmının briqada generalı Uilyam De Meyerin Ermənistanda Avropa İttifaqının (Aİ) kəşfiyyat və müşahidə missiyasının yerləşdiyi yerə nümayişkaranə səfəri oldu. Missiyanın quru və lakonik mesajında qeyd olunur: “Uilyam De Meyer Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olub”.

Fransalı briqada generalının sərhəd bölgəsinə səfəri bir daha sübut edir ki, Aİ-nin Ermənistandakı missiyası mülki missiyadan uzaqdır. Bu, sülh missiyası deyil, kəşfiyyat və hərbi missiyadır. Və bunu inkar etmək cəhdləri primitiv yalandır”, – məlumatda deyilir.скачать dle 12.1