Bia.Az

İran ABŞ-ın İraq və Suriyaya zərbə endirməsini strateji səhv adlandırır

Dünya
 3-02-2024, 15:58     116

İran Xarici İşlər Nazirliyi ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələri pisləyib və bunu regionda gərginliyin artmasına səbəb olacaq strateji səhv adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Nasser Kananinin bəyanatında qeyd edilib.

"İraq və Suriyaya dünənki hücum ABŞ hökumətinin növbəti qumar oyunu və strateji səhvidir ki, bunun regionda gərginliyi və qeyri-sabitliyi artırmaqdan başqa bir nəticəsi olmayacaq", -deyə bəyanatda bildirilir.

Kanani həmçinin ABŞ-ı hücuma məruz qalan ölkələrin suverenliyini və ərazi bütövlüyünü pozmaqda, habelə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə məhəl qoymamaqda ittiham edib. Nazirlik nümayəndəsinin sözlərinə görə, ABŞ-ın İraq, Suriya və Yəmənə hərbi hücumları İsrail rejiminin məqsədlərinə çatmağa xidmət edir.

Şənbə günü gecə Amerika aviasiyası İraq və Suriyanın bir sıra sərhəd bölgələrində iranpərəst qrupların mövqelərinə silsilə zərbələr endirib. Yaxın Şərqdəki əməliyyatlara cavabdeh olan ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ ordusu 85-dən çox hədəfi vurub. İddialara görə, hava hücumları İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri və ona bağlı qrupların istifadə etdiyi komanda məntəqələri, kəşfiyyat mərkəzləri, silah anbarları və logistika obyektlərini hədəf alıb.скачать dle 12.1