Bia.Az

Borrell: "Aİ ABŞ-ın zərbələrindən sonra Yaxın Şərqdəki vəziyyət kritik hesab edir"

Dünya
 3-02-2024, 13:27     115

"ABŞ-ın Suriya və İraqa zərbələrindən sonra Avropa Birliyi Yaxın Şərqdəki vəziyyəti kritik qiymətləndirir, onun nəzarətdən çıxacağından qorxur və gərginliyi azaltmağa çağırır".

Bizimyol.info xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) xarici siyasət xidmətinin rəhbəri Xosep Borrel İttifaqın xarici işlər nazirlikləri rəhbərlərinin qeyri-rəsmi görüşünə gələrkən deyib.

“Biz həmişə təkrar edirik ki, Yaxın Şərq hər an partlaya biləcək bir qazandır. Hər kəsi gərginliyi azaltmağa çağırırıq, kritik bir vəziyyət yaşayırıq”, - bu barədə Borrell jurnalistlərə bildirib. O vurğulayıb ki, nazirlərin mövqeyinin necə olacağını bilmir və Brüssel görüşü qeyri-rəsmi olduğundan şənbə günü konkret qərarlar gözləmir.

Öz növbəsində, Aİ-yə sədrlik edən Belçikanın xarici işlər naziri Aja Labib görüşə gəldikdən sonra deyib ki, münaqişənin bütün regiona yayılmasının qarşısını almaq üçün mümkün olan hər şey edilməlidir: “Biz bu gecə ABŞ-ın İraq və Suriyadakı iranlı qruplaşmalara zərbələr endirdiyini öyrəndik. Bu, böyük narahatlıq doğurur, biz tərəfləri təmkin olmağa, dialoq və diplomatiyaya çağırırıq, bu, Yaxın Şərqdəki vəziyyətdə barışığa aparan yeganə yoldur”, - deyə o, nazirlərin baş verənlərlə bağlı ümumi mövqe ortaya qoymağa çalışacaqlarına söz verib.скачать dle 12.1