Bia.Az

Bu addım Fransaya baha başa gəldi – İğtişaşlar başladı

Dünya
 3-02-2024, 13:16     101

Dünyaya demokratiya dərsi keçən, xalqların öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən, dil, din azadlığından dəm vuran Fransa müdafiə etdiyi dəyərləri Korsika adasında, sözün əsl mənasında, tapdalayır.

Yanvarın 28-də Korsikanın yeni müstəqillik hərəkatı “Nazione”nin iki fəalının həbs edilməsi adadakı etirazları gücləndirib. Yanvarın 30-dan adada iğtişaşlar daha da genişlənib.

Korsika müxalifətinin fikrincə, adada fərqli düşünən insanlara qarşı repressiya güclənib. Bəzi ekspertlər hesab edir ki, Fransa hökuməti korsikalı həmkarları ilə bu günə qədər dil tapıb müxtəlif dövrlərdə kompromisə getsələr də, son illərdə vəziyyət ciddi hal alıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Fransanın müstəmləkəçilik siyasəti artıq onun özünə baha başa gəlməyə başlayıb:

Kənan Novruzov

“Korsika adasında baş verənlərə etiraz etməkdə haqlıdırlar. Problemin əsas səbəbi məhz müstəmləkəçilik və insan hüquqlarına, beynəlxalq hüquq normalarına əməl olunmamasıdır. Yeri gəlmişkən, qeyd edək ki, oxşar problem bu gün ABŞ-da da yaşanır.

Miqrasiya problemi Texas ştatını mərkəzi hakimiyyətə qarşı qalxmağa sövq edir. Səbəb aşağı-yuxarı eynidir. Məhz beynəlxalq hüquqa, insan haqlarına laqeydlik. Maraqlıdır ki, dünyanın ayrı-ayrı regionlarında, o cümlədən Cənubi Qafqazda separatizmi dəstəkləyən Paris və Vaşinqton indi eyni problemlə üz- üzədirlər.

Əlbəttə, Korsika müstəqillik istəyir. Amma maksimum hədəfdir və o qədər də asan deyil. İlkin mərhələdə muxtariyyət də Korsika üçün qələbə hesab oluna bilər.

Rəsmi Bakı Korsika ilə bağlı mövqeyini bundan sonra da davam etdirəcək. Fransa olmayan, qondarma Qarabağ respublikasını tanıyırdısa və indi də Ermənistanın vasitəsilə Azərbaycana qarşı təzyiqləri davam etdirmək istəyirsə, biz niyə adekvat davranmayaq. Paris, bəlkə, bundan sonra həqiqəti anlayar və siyasətinə redaktələr edər”скачать dle 12.1