Bia.Az

İrandan ABŞ mesajı: “Biz müharibəni başlayan tərəf olmayacağıq”

Dünya
 2-02-2024, 18:31     199

İran prezidenti İbrahim Rəisi ABŞ-ın İrana qarşı təhdidlərinə cavab verib: "Biz müharibəyə başlayan tərəf olmayacağıq", -deyib.


Bizimyol.info xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Fars körfəzindəki Hörmüzqan vilayətində xalq qarşısında çıxış edib.

Rəisi ABŞ-ın İrana qarşı artan təhdidlərinə cavab olaraq deyib: “Biz müharibəyə başlayan tərəf olmayacağıq, lakin hər hansı bir güc İrana sataşmağa cəhd edərsə, biz İran olaraq ən sərt şəkildə və peşman olacaq şəkildə cavab verəcəyik”.

İrana qarşı “təhdid” dilinin nəticə verməyəcəyini vurğulayan Rəisi: “Keçmişdə nə vaxt İrandan danışsalar, təhdid dilini işlədir və “hərbi variantlar masadadır” deyirdilər”, - deyib. İran silahlı qüvvələrinin lazımi güc və texnikaya sahib olduğunu bildirən Rəisi “Artıq bu sözləri eşitmirik və “İranla müharibə istəmirik” deyirlər: “Bu gün ölkənin müdafiə qabiliyyəti çəkindirici qüvvəyə çevrilib. İranın hərbi gücü regionun heç bir ölkəsi üçün təhlükə yaratmır. Region ölkələrindən fərqli olaraq, onlar regionun sabitliyi və təhlükəsizliyi üçün bizim hərbi gücümüzə arxalana bilərlər”, - deyə İran prezidenti qeyd edib.

Yanvarın 28-də İordaniyada, Suriya sərhədi yaxınlığında yerləşən "Tower 22" adlı bazaya pilotsuz təyyarə hücumu həyata keçirilib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Birləşmiş Ştatların 3 əsgərinin öldüyünü, 25 ABŞ əsgərinin isə yaralandığını açıqlayıb. ABŞ prezidenti Co Bayden hücumun “İranın dəstəklədiyi radikal silahlı qruplar” tərəfindən həyata keçirildiyini bildirib. Tehran administrasiyası İslam Respublikasının hücumla əlaqəsi olduğu iddialarını rədd edib.скачать dle 12.1