Bia.Az

"Ermənistan ilə Rusiya arasında münasibətlər getdikcə soyuqlaşır, Putinin ora səfəri gözlənilmir"

Dünya
 2-02-2024, 16:22     213

Fevralın 1-dən Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusu üzrə ratifikasiya olunub. Bu gündən də onlar bu təşkilata üzv olurlar. Bu statuslar beynəlxalq məhkəməyə üzv olmaq Ermənistana nə verir?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında Ermənistanın son dövrlər apardığı siyasət qərəzli olaraq, onların patronlarının - Fransanın və Amerikanın sayəsində olur.
Politoloq Elşad Həsənov
 Elşad Həsənov

“Ermənistanın da, bu statusu qəbul etməsi qərbin təyziqləri ilə məsləhəti ilə oldu. Bu da təbii ki, həmin Beynəlxalq Cinayət Məhkəməsi Putinə qarşı, onu həbsi ilə bağlı qərar çıxardı. Yəni Putin bu statusu olan ölkələrin hansına səfər etsə, həmin ölkə onu həbs etməlidir. İndi Putin Ermənistana gəlsə, Ermənistan hüquq mühafizə orqanları onu həbs edəcək”-deyən politoloq bildirib ki, buna Ermənistanın gücü çatmaz. Bununla yanaşı Putin də hələ ki, Ermənistana getməyi düşünmür. Çünki 1 il 8 aydan çoxdur ki, Ermənistan ilə Rusiya arasında münasibətlər getdikcə soyuqlaşır. Ermənistan Rusiyadan qopub, Qərbə üz tutur və NATO-ya keçmək istəyir.

Politoloqun fikrincə, bütün bunlar onların təxəyyülünün məhsuludur. Çünki Ermənistan iqtisadiyyatının 70%-dən çoxu Rusiyanın əlindədir. Onların Türkiyə və İranla olan sərhədlərini Rusiya sərhədçiləri mühafizə edir. Beynəlxalq aeroportunu Rusiya sərhədçiləri mühafizə edir. Belə olan təqdirdə, onların elektrik enerjisinin əksəriyyəti Rusiyanın əlindədir.

Politoloq hesab edir ki, yaxın zamanda Ermənistan Rusiyanın caynağından qurtara bilməz.

“Rusiyanın 102-ci hərbi bazası Gümrü şəhərində yerləşir. Belə olan halda, Ermənistanın Qərbdən gələn tələbinə əsasən Rusiyanı çıxarmaq məsələsi də absurd bir məsələdir, yaxın dövrdə bu gözlənilmir.

Çünki baxmayaraq ki, Rusiya Ukrayna ilə müharibə aparır, Rusiya müəyyən mənada iqtisadi, siyasi və hərbi cəhətdən geriləməyə yol verir, çökür. Ancaq bütün bunlara baxmayaraq, Rusiya böyük nəhəng dövlətdir və Ermənistan da onun yaratdığı bir ölkədir. Ona görə də bu gün Ermənistan Rusiyaya qarşı edə biləcəyi bir məsələ yoxdur.

Ermənistanın Rusiyanın dövlət başçısına qarşı hər hansı bir addım atması real görünmür. Ona görə də, bu Roma Statusu Ermənistanın ancaq Qərbə yaxınlaşmasını, onların özlərinin demokratik bir ölkə kimi olmasını göstərmək üçün qəbul olunan bir fiksiyadır. Boş mənasız bir şeydir”-deyən politoloq hesab edir ki, Ermənistan yaxın zamanlarda Rusiyaya qarşı heç nə edə bilməyəcək. Rusiyanın cəngindən də qurtara bilməyəcək. Nə qədər çıxmağa çalışsa da, NATO-ya da üzv ola bilməyəcək.

Çünki, Rusiyaya qarşı hansısa bir addım atsalar və yaxud NATO ilə bağlı hansısa bir tədbir görsələr, Ukraynadan da pis günə düşəcəklər. Rusiya hökmən Ermənistana hərbi müdaxilə edəcək və onu qısa müddətdə zəbt edəcək. Yəni bu da gözləniləndir.

“Bütün politoloqlar bu haqda fikir söyləyirlər ki, Ermənistanın Rusiyaya əks davranışının başqa nəticəsinin olması inandırıcı deyil. Ona görə də, Ermənistan hansısa təşkilatın üzvü olsa da Rusiyanın caynağından qurtara bilməyəcək”-deyə Elşad Həsənov bildirib.скачать dle 12.1