Bia.Az

ABŞ Moskvanı Ankaradan nişan alıb – “Atəş” S-400-lə olacaq

Dünya
 1-02-2024, 19:15     156

ABŞ Türkiyənin F-35 proqramına qayıtmasına şərt qoyub. Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ankara Rusiyanın S-400 zenit-raket sistemlərindən imtina etməlidir.

Maraqlıdır, bu, Türkiyənin Rusiya ilə münasibətlərinə necə təsir edəcək?

ABŞ bu yolla son illər yatanmış Ankara-Moskva yaxınlaşmasını pozmağa çalışır? Ərdoğan bu proqramdan imtina edə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, ABŞ Türkiyəyə qarşı silah milliyyətçiliyi edir:

“Məsələ ondadır ki, Vaşinqton Yunanıstana istədiyi bütün silahları qeyd-şərtsiz, bəzən isə ucuz qiymətə verir. Türkiyəyə isə silahlar şərtlər əsasında verilir. Misal üçün, Türkiyəyə F-16-lar Ankaranın İsveçin NATO-ya üzv olmasına icazə verməsi müqabilində verildi. F-35-lər ilə bağlı isə daha fərqli şərtlər irəli sürülür.

Türkiyəyə qarşı ikili standartların pərdəarxasında ABŞ-ın 2017-ci ildə başlatdığı bir proqram dayanır. Belə ki, bu proqram sanksiyalar vasitəsilə ABŞ-ın rəqiblərinin sıradan çıxarılmasını özündə ehtiva edir. Türkiyənin də adı bu siyahıda var.

Təbii ki, Türkiyə bütün bu məsələlərdən xəbərdardır. Buna görə də ABŞ və Rusiyaya qarşı siyasətini ustaca aparır. Ümumiyyətlə Ankaranın bu iki gücə yanaşması balans siyasətidir. Lakin bununla belə vaxtaşırı tərəflərə sərt üz də göstərə bilir.

İndiki məqamda Türkiyənin Rusiya istehsalı S-300 və S-400 müdafiə sistemlərindən imtina etməsi mümkündür. Şərtlər dəyişib və Rusiya-Ukrayna müharibəsi Kremlin gücünü əsaslı sürətdə tükədib. Bundan başqa Rusiyaya tətbiq edilən embarqolara görə S-400-lərin ixrac edilən detalları daha gəlmir. Bu da sistemlərin qüsurlu olması ilə nəticələnir. Bütün bunları nəzərə alsaq Türkiyənin fərqli yol seçməsi istisna deyil”.скачать dle 12.1