Bia.Az

2019-cu ildə Qarabağda ikən gördüm ki… – Erməni bloger

Dünya
 1-02-2024, 19:12     157

Tanınmış erməni bloger Natali Aleksanyanın bir neçə il öncə Qarabağa səfəri ilə bağlı paylaşımı Ermənistanda ciddi müzakirələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, o, Qarabağ-Vardenis yolunda başına gələn əhvalatı bölüşüb və ərazinin heç vaxt Ermənistana məxsus olmadığını bildirib.

“2019-cu ildə Qarabağa səfər etmişdim. Sonra Ermənistana qayıtmalı oldum, Vardenis istiqamətində avtomobil idarə edirdim. Yanacağın az olduğunun fərqinə vardım və qarşıma çıxan ilk yanacaqdoldurma məntəqəsində dayandım. Avtomobildən düşüb dərin bir nəfəs alanda başımın üstündə “artsax” bayrağı dalğalanırdı. Yanında isə Rusiya bayrağı vardı. Maraqlıdır ki, “artsax” bayrağı çox köhnə idi, Rusiya bayrağı isə yeni. İşçilərdən birini çağırıb ona niyə burada Rusiya bayrağının olduğunu, lakin Ermənistan bayrağının yerləşdirilmədiyini soruşdum. Dedi ki, “bacı, sakit dur, səsini çıxarma, müdir əsəbiləşəcək”. Gülümsədim və müdirini çağırmasını dedim. Lakin əlaqə yaratmaq mümkün olmadı. Sonra öyrəndim ki, müdir ümumiyyətlə Qarabağda deyil, İrəvanda kef edir. Orada bir Ermənistan bayrağı belə görə bilmədim. İndi sual yaranır ki, Qarabağ ümumiyyətlə nə vaxtsa Ermənistanın olubmu?”

скачать dle 12.1