Bia.Az

Almaniyadan ETİRAF: “Ordu ölkəni yaxşı müdafiə etmək iqtidarında deyil”

Dünya
 1-02-2024, 01:23     165

“Almaniya ordusu ölkəni yaxşı müdafiə etmək iqtidarında deyil”.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın Baş Qərargah rəisi, general-leytenant Karsten Breuer fikir səsləndirib.

O bildirib ki, Alman silahlı qüvvələrinin döyüşə yararlı olması üçün yenidən qurulmasına və silahlanmasına ehtiyac var:

“İndi hücuma məruz qalsaydıq, özümüzü müdafiə edə bilərdik. Ordumuz ölkəni müdafiə etmək gücündədir. Lakin kifayət qədər yaxşı müdafiə olunacağımızı deyə bilmərəm”, – Breuer vurğulayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra Almaniya müdafiə xərclərini xeyli artırmaq qərarına gəlib, qabaqcıl silah sistemlərinin alınması və ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi üçün 100 milyard avroluq xüsusi fond yaradıb.

Hökumət ABŞ istehsalı olan “F-35” döyüş təyyarələrinin və İsrail istehsalı olan “Arrow-3” raketdən müdafiə sisteminin alınması üçün müqavilə imzalayıb.скачать dle 12.1