Bia.Az

Paşinyanın Bakıya təklifinə Kremldən REAKSİYA

Dünya
 31-01-2024, 16:15     177

“Ermənistan Azərbaycana hücum etməmək haqqında qarşılıqlı pakt imzalamağı təklif etdi. Bu məsələdə Bakının cavabı öyrənilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

XİN rəsmisi Moskvanın sülh prosesi ilə bağlı mövqeyinin dəyişmədiyini qeyd edib:

“Biz əminik ki, Cənubi Qafqazda sabitlik və uzunmüddətli sülhün bərqərar olunması üçün 2020-2022-ci illərdə imzalanmış üçtərəfli razılaşmalara uyğun olaraq sülh prosesi həyata keçirilməlidir. Bu sazişlərin icra olunmalıdır. Çünki sözügedən razılaşmalar Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün alternativi olmayan yol xəritəsidir”.скачать dle 12.1