Bia.Az

ABŞ rəsmisindən "F-35" açıqlaması: "Türkiyə ilə "S-400" problemni həll etsək, geri qayıtmaq olar"

Dünya
 31-01-2024, 11:06     159

ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland bildirib ki, Türkiyənin Rusiyadan aldığı "S-400" müdafiə sistemləri ilə bağlı problemlər həll olunarsa, "F-35" proqramına qayıtmaq üçün danışıqlar başlaya bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "CNN Türk"ə müsahibə verən ABŞ rəsmisi Türkiyə-Amerika münasibətləri ilə bağlı açıqlamalar verib.
O, Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində Türkiyəyə səfər edib və xarici işlər nazirinin müavini səfir Burak Akçapar və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıçla görüşüb.

Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyalarının götürülməsi və Türkiyənin "F-35" proqramına qayıtması kontekstində görüşün olub-olmaması sualına cavabında Nuland, CAATSA sanksiyalarına səbəb olan addımın Ankaranın Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri alması olduğunu bildirərək, bu problemin aradan qaldırılacağı təqdirdə danışıqlara başlaya biləcəyini bildirib.

"Ona görə də bu gün bəzi danışıqlarımız oldu. Açığı, əgər biz bu "S-400" məsələsini həll edə bilsək, bunu etmək istəyirik. Birləşmiş Ştatlar Türkiyəni "F-35" ailəsinə yenidən qəbul etməkdən məmnun olardı. Ancaq əvvəlcə bu digər məsələni həll etməliyik və onu həll edərkən Türkiyənin güclü hava müdafiəsinə malik olmasını da təmin etməliyik", - deyə Nuland qeyd edib.

Türkiyə ilə ABŞ arasında terrorla mübarizədə əməkdaşlığı artırmaq istədiklərini bildirən ABŞ rəsmisi, İŞİD-in keçən həftə sonu İstanbuldakı İtaliyan kilsəsəsində həyata keçirdiyi hücumu xatırladaraq, başda İŞİD olmaqla terrorla mübarizədə ortaqlığı davam etdirmək istədiklərini bildirib. Nuland həmçinin bildirib ki, son xəbərlərin əksinə, ABŞ Suriyadan çəkilməyəcək.скачать dle 12.1