Bia.Az

Tramp: "Bayden dünyanı cəhənnəmə çevirib, ABŞ-ı qan gölünə sürükləyir"

Dünya
 31-01-2024, 11:04     166

"ABŞ prezidenti Co Baydenin administrasiyası öz siyasəti ilə dünyanı cəhənnəmə çevirib və ölkəni qan gölünə sürükləyir".

Bizimyol.info xəbər verir ki, bu fikri çərşənbə axşamı keçmiş prezident Donald Tramp deyib.

“Co Bayden Əfqanıstanda Amerika ləyaqətindən əl çəkdiyi gündən dünya cəhənnəmə çevrilib, çünki hamı Ağ Evin sahibinin zəif, bacarıqsız və korrupsioner olduğunu bilir”, - deyə Tramp açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bayden öz hərəkətləri ilə “cəsarət verdi və Birləşmiş Ştatların düşmənlərinə xaos və terror törətməyə imkan verdi” ki, bu da Yaxın Şərqdəki Amerika bazasına son hücumla nəticələndi.

"Co Bayden ölkəmizi birbaşa Üçüncü Dünya Müharibəsinə, qan gölünə aparır", - deyə Tramp qeyd edib.

Keçmiş Amerika lideri Bayden administrasiyası “daha qiymətli Amerika həyatını” məhv etməzdən əvvəl “təhlükəsizlik və sağ qalmaq” naminə hazırkı prezidenti “vəzifədən çıxarmağa” çağırıb.

Daha əvvəl Tramp bildirib ki, Yaxın Şərqdəki ABŞ bazasına hücum Bayden administrasiyasının zəifliyinin növbəti faciəvi nəticəsidir.

Yanvarın 27-də Suriya-İordaniya sərhədindəki Əl-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 Amerika hərbçisi həlak olub, 40-ı yaralanıb. Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri Suriya və İraqdakı Amerika hərbi bazalarına raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar tez-tez baş verir. Şiə hərbçiləri ABŞ-ın İsrail ordusuna hərbi yardımını davam etdirdiyi üçün Suriya və İraqda silahlı əməliyyatların sayını artıracaqları barədə xəbərdarlıq ediblər.скачать dle 12.1