Bia.Az

"Donald Trampa qarşı görülən "tədbirlər" dövlət marağının korporativ maraqlara qurban verilməsidir"

Dünya
 31-01-2024, 10:49     111

“Amerikada bu il keçiriləcək seçkiləri diqqət çəkən edən hallardan biri də 2020-ci ilin seçkilərində “məğlub” edilmiş Trampın yenidən namizəd olmaması üçün ona yaradılan süni çətinliklər və ona qarşı tətbiq olunan məhdudiyyətlərdir. Tramp 2020-ci ildə “məğlub” edildikdən sonra o, bəyan etdi ki, növbəti seçkilərdə yenidən namizəd olacaq. Elə o vaxtdan da ona qarşı kampaniya başladıldı. Müxtəlif səbəblər yaradılaraq özü, ailə üzvləri və ətrafı haqqında cinayət və məhkəmə işləri qaldırılıb. Ümumiyyətlə, Tramp prezident olan zaman da ona qarşı müəyyən məhdudiyyət tətbiq edilirdi. Media onun haqqında məlumatları paylaşmırdı, sosial şəbəkələr onun səhifəsini bloklayır və ya haqqında saxta məlumatlar yayımlayırdı”.

Bu barədə Bizimyol.info xəbər portalına “Ana Vətən” partiyasının sədr müavini Yalçın Hacızadə danışıb.

Yalçın Hacızadə
 Yalçın Hacızadə

“Tramp açıq şəkildə bəyan edir ki, ona qalib gəlmək üçün mövcud hakimiyyət seçkilərdə saxtakarlığa gedəcək. Eyni zamanda, başına gətirilənlərin də onun namizədliyinin qarşısını almaq üçün bəhanələr olduğunu qeyd edir. Əslində baş verənləri analiz etdikdə görmək olur ki, Tramp haqlıdır.

Misal üçün ona qarşı “dövlət sənədlərini gizlətmək” səbəbi ilə araşdırma başladıldı. İttiham edilirdi ki, dövlət sirrini özündə əks etdirən sənədləri vaxtında təhvil verməyib. Daha sonra belə bir halın hazırkı prezident Bayden tərəfindən də törədildiyi ortaya çıxdı. Amma Baydenə qarşı araşdırma aparılmadı. Məcbur qalıb Trampa qarşı başladılmış işə də xitam verildi. Yaxud da Baydenin oğlu Hanter Baydenin “azyaşlılara qarşı əxlaqsız hərəkətləri”, “üzərində narkotik vasitə gəzdirməsi”, “vergidən yayınması” kimi ciddi ölçüdə qanunsuz əməlləri ifşa olunsa da, ona qarşı heç bir hüquqi tədbir görülmür”-deyə politoloq vurğulayıb.

Politoloqun fikrincə, Amerika da dövlət marağı korporativ maraqlara qurban verilir. Trampa qarşı görülən “tədbirlər”in əsası da bununla bağlıdır. Tramp dövlətə ayrı-ayrı şəxslərin və korporasiyaların təsirini azaltmaq, Amerikanın başqa dövlətlərin işinə qarışmamaq, süni müdaxilələr və münaqişələr yaratmamaq üçün çalışır.

“Elə ona görə də son açıqlamalarının birində bildirdi ki, ABŞ Yaxın Şərqdəki siyasətinə 9 trilyon pul xərcləyərək, milyonlarla insanın ölməsinə səbəb olub. Aydındır ki, hazırda dünyada davam edən müharibələrin bir çoxunda ABŞ birbaşa iştirakçıdır, ya da prosesin katalizatoru rolunda çıxış edir. Bütün bunlardan sonra Amerikanın özünü insan hüquqlarının və demokratiyanın müdafiəçisi kimi göstərməsi ikiüzlülükdür”-deyə politoloq əlavə edib.скачать dle 12.1