Bia.Az

İsrail ordusu: HƏMAS-ın məhvi çox vaxt aparacaq

Dünya
 31-01-2024, 00:58     163

“HƏMAS təhlükəsinin aradan qaldırılması 2024-cü ili əhatə edəcək. Ola bilər ki, bu, daha çox vaxt aparacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun açıqlamasında bildirilib.

Məlumatda deyilir ki, Qəzzada ən ağır döyüşlər cənubdakı Xan Yunis şəhərində baş verir. İsrail ordusu girovlarla birlikdə tunellərdə gizlənən Həmas liderlərini ələ keçirməyə və ya məhv etməyə ümid bəsləyir.

İsrail hərbi kəşfiyyat rəsmilərinin keçirdiyi brifinq zamanı bildirilib ki, HƏMAS-ın beş döyüş briqadasından ikisinin komandirlərinin əksəriyyəti ya öldürülüb, ya da əsir götürülüb. Ümumilikdə isə 35 min Həmas döyüşçüsündən təxminən 9 mini məhv edilib:

“Amma İsrailin qarşıya qoyduğu məqsədlərə çatması üçün çox vaxt tələb olunur. Söhbət  HƏMAS-ın silah-sursat anbarlarının ələ keçirilməsindən və ya məhv edilməsindən, hərbi bazaların,  həmçinin gizli tunellərin sıradan çıxarılmasından gedir. Bu, 2024-cü ili əhatə edə bilər. Qarşıya qoyulan hədəflərə çatmaq üçün bəlkə də daha çox vaxt lazımdır”, – İsrail ordusunun keçirdiyi brifinqdə qeyd olunubскачать dle 12.1