Bia.Az

Erməni ordusu NATO standartına keçir – “Əgər sərhəddə toqquşma olarsa…”

Dünya
 30-01-2024, 21:04     190

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb ki, Ukrayna Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşır. Məlumata görə, Ukrayna son bir il ərzində Alyansın 18-dən çox standartını mənimsəyib.

Son vaxtlar Ermənistan ordusunun da NATO standartlarına uyğunlaşdırılması prosesinə başladığı haqda xəbərlər yayılır.

Ukrayna və Ermənistan ordusunun NATO standartlarına uyğunlaşması nə vəd verir? Rusiya-Ukrayna münaqişəsi fonunda Kiyevin hazırlıqları anlaşılandır, bəs Ermənistan?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, döyüş əməliyyatlarının başladığı zaman kəsiyindən Ukrayna ordusunun şəxsi heyəti çox böyük ziyan görüb:

“Rəsmi mənbələr itkilərin dəqiq sayını açıqlamasalar da, rəqəmlərin dəhşətli olduğu hər kəsə məlumdur. Bu baxımdan, hansı qüvvələrin NATO standartına uyğunlaşması aydın deyil. Uyğunlaşsa nə olacaq ki? NATO-nun “vuran əli” Türkiyə Silahlı Qüvvələridir. Türk əsgərinin olmadığı, daha doğrusu, döyüş əməliyyatlarına qatılmadığı şəraitdə NATO-nun nəyə qadir olduğunu görmüşük. Alyans və onun lokomotiv gücü olan ABŞ iştirak etdikləri hansı proseslərdən qalib kimi çıxıblar? Bəlkə, Əfqanıstandan qaçmaqdır o standart?! Yəni Ukrayna və Ermənistanın NATO modelinə keçməsi heç nəyi dəyişməyəcək”.

Elçin Mirzəbəyli

Politoloq qeyd edib ki, Azərbaycan ordusunun Türkiyə modelinə keçidi uğurla davam edir və böyük bir məsafə qət olunub:

“Türkiyə ordusu NATO-nun ən döyüşkən hərbi birliyidir. Azərbaycan ordusu da ona uyğunlaşaraq daha da güclənib. Deməli, məğlub  Ermənistan ordusunun “NATO standartlarına uyğunlaşması” da perspektivdə heç nə vəd etmir. Əgər revanş niyyətinə düşsələr, fərq ondan ibarət olacaq ki, bu dəfə “NATO standartlarına uyğunlaşmış” Ermənistan ordusu məhv ediləcək”.скачать dle 12.1