Bia.Az

Türkiyə BMM sədri Kurtulmuş Bəhreyndən ŞKTC-nin tanınması üçün dəstək istəyib

Dünya
 30-01-2024, 18:06     173

Türkiyə Böyük Millət Məclisinin (BMM) sədri Numan Kurtulmuş Bəhreyn təmasları çərçivəsində Nümayəndələr Palatasının sədri Əhməd Əl Musalam ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi Rəyasət Heyətindən verilən yazılı açıqlamaya görə, Bəhreyn Milli Məclisində baş tutan təkbətək görüşdən sonra heyətlər arasında keçirilən görüşə Kurtulmuş və Musalam sədrlik edib.

Kurtulmuş Türkiyə ilə Bəhreynin iki dost və qardaş ölkə olduğunu qeyd edərək, səfərin Türkiyə-Bəhreyn əlaqələrini daha da yüksək səviyyəyə qaldıracağına ümid etdiyini bildirib. Kurtulmuş Şimali Kipr Türk Respublikasının (ŞKTC) Asiya Futbol Konfederasiyasına üzvlük üçün müraciət etdiyini xatırladaraq, konfederasiya idarəçisinin Bəhreyn rəsmisi olduğunu və bu mövzuda dəstək gözlədiklərini vurğulayıb.

Kurtulmuş: “Təəssüf ki, bütün müsbət cəhdlərinə baxmayaraq, ŞKTC Qərbin cəzasına məruz qalıb. Bu şəkildə beynəlxalq platformalarda dəstək verərək ŞKTC-nin tanınmasına şərait yaratmalıyıq”, - deyə qeyd edib.скачать dle 12.1