Bia.Az

Şimali Kipr İƏT-in 34-cü Regional Planlaşdırma Şurasının iclasında təmsil olunub

Dünya
 30-01-2024, 18:04     206

Şimali Kipr Türk Respublikasının (ŞKTC) İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) təmil olunur.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata ŞKTC-nın təşkilatdakı təmsilçiləri məlumat verib.

"22-25 yanvar 2024-cü il tarixlərində İranın paytaxtı Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 34-cü Regional Planlaşdırma Şurasının iclası keçirilib və iclasda Şimali Kipr Türk Respublikası, Nazirliyimizin Təşkilatla Əlaqələr Direktoru iştirak edib. İslam Əməkdaşlıq Təşkilatından Mustafa Kamal Beyazbayram və Üçüncü Katib Görkem Rəis və Dövlət Planlaşdırma Təşkilatından Planlaşdırma Mütəxəssisi Köməkçisi Hürol Üşümüş təmsil olunub", - deyə məlumatda qeyd edilib.

Bildirilir ki, Mustafa Beyazbayram İƏT-in 2024-cü ildə təşkil edəcəyi tədbirlərin qərarlaşdırıldığı açılış iclasında da çıxış edib. "Beyazbayram ölkəmizin 2024-cü ildə İƏT tədbirinə ev sahibliyi edə biləcəyi ilə bağlı təkliflərini bildirib", - deyə bildirilir.скачать dle 12.1