Bia.Az

İngiltərədən "Fələstini tanıya bilərik" mesajı

Dünya
 30-01-2024, 18:02     206

Oktyabrın 7-dən sonra tez-tez İsrailə dəstəyini ifadə edən və bunu Rişi Sunakın Təl-Əvivə səfəri ilə nümayiş etdirən İngiltərədən iki dövlət həlli ilə bağlı yeni mesaj gəlib.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron iki dövlət həlli ilə bağlı yeni açıqlama verib.

Diplomatik addımlar arasında o, Fələstin dövlətinin tanınmasının da masada olduğuna işarə edib. Kemeron deyib ki, Fələstin xalqına iki dövlətli həllə doğru irəlilədikləri göstərilməlidir: “Əgər bu baş verərsə, biz müttəfiqlərimizlə, o cümlədən Birləşmiş Millətlər Təşkilatında Fələstin dövlətinin tanınmasına baxacağıq. Bu, bu prosesi dönməz hala gətirməyə kömək edən şeylərdən biri ola bilər", - deyə nazir qeyd edib.

Xarici işlər naziri həmçinin İsraili Qəzzaya daha çox humanitar yardımın göndərilməsinə icazə verməyə çağırıb və həyati əhəmiyyətli yardımın sərhədə geri göndərilməsinin “gülünc” olduğunu bildirib.

“TRT Haber” telekanalının verdiyi məlumata görə, Kemeron İsrailin öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmədiyi üçün son 30 ilin İsrail üçün uğursuzluq hekayəsi olduğunu bildirib. O bildirib ki, yalnız bu uğursuzluğu dərk etməklə sülh və tərəqqiyə nail olmaq olar.скачать dle 12.1