Bia.Az

Gürcüstanda baş nazir anonsu

Dünya
 30-01-2024, 15:43     176

Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası baş nazir postuna namizədini açıqlayıb: İrakli Kobaxidze.

 Novator.az bildirir ki, 1978-ci il təvəllüdlü İrakli Kobaxidze hüquqşünas alimdir. 2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri olub, 2021-ci ildən hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasına liderlik edib.

Gürcüstanda hökuməti parlamentdə çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub.скачать dle 12.1